Ermənilər Rusiyanı əsas düşmən adlandırırlar

16:53 | 04.09.2014
Ermənilər Rusiyanı əsas düşmən adlandırırlar

Ermənilər Rusiyanı əsas düşmən adlandırırlar

Qərb ölkələrinin anti-Rusiya sanksiyaları ona gətirib çıxartdı ki, Rusiya Federasiyasıyla sıx bağlı Ermənistan dövləti bütün planlaşdırılmış vergiləri yığa bilmədi. Bu haqda Ermənistan maliyyə nazirinin müavini Pavel Safaryan yerli jurnalistlərə məlumat verib.“İlk yarımillikdə biz vergi yığımları üzrə planı yerinə yetirə bilmədik, çünki müvafiq iqtisadi inkişaf təmin edilməyib” - Pavel Safaryan jurnalistlərə açıqlamasında belə deyib."İqtisadi artımın templəri də planlaşdırılmış rəqəmdən geri qalır ki, bunu da Rusiyadakı iqtisadi artımın azalması şərtləndirir",-  o əlavə edib.Yerevan qəzeti "168 jam" yazır ki, Rusiyaya qarşı sanksiyaların nəticələri artıq ortadadır. Bu ölkədən Ermənistana yönəldilən vəsaitlər sürətlə azalır. Mərkəzi Bankın məlumatlarına əsasən, iyulda Ermənistana 168,7 milyon dollar köçürülmə olun ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,9 milyon dollar azdır.Bu ilin iyununda 134.8 milyon köçürülüb və bu da həmçinin ötən ilin müvafiq ayı ilə müqayisədə 6.4 milyon az deməkdir.Maraqlıdır ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyununda vətəndaşların şəxsi hesablarına köçürülmüş vəsaitlər 194,7 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon dollar azdır. Həm də ilin yarısında ABŞ-dan transferlər 9,7 milyon təşkil edib ki, bu da 2,4 milyon çoxdur.İqtisadiyyat, məlum olduğu kimi, siyasətə və cəmiyyətin əhval-ruhiyyəsinə birbaşa təsir edir. Sadə ermənilərin gəlirlərinin düşməsinə səbəb olan Rusiya cəmiyyətin daimi qıcıq mənbəyinə çevrilib. Və budur artıq "soyqırımın" günahkarları kimi ermənilər türkləri deyil, rusları görür."Ruspərəstliyimizə görə bir dəfə cəzalandırıldıq. Erməni soyqırımı ona görə olmadı ki, biz müstəqillik istəyirdik. Türklər deyirlər: təki ermənilər müstəqillik istəsinlər, amma onlar bizim çox əsirlik düşmənimizi regiona gətirib çıxarırlar", –"Milli Müqəddəratını Təyinetmə" Birliyinin lideri, Ermənistanın dövlət prezidenti postuna keçmiş iddiaçı Paruyr Ayrikyan jurnalistlərlə söhbətində belə deyib.Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM