Ermənilər Sərkisyan əleyhinə aksiyalar keçirəcəklər

09:39 | 01.09.2014
Ermənilər Sərkisyan əleyhinə aksiyalar keçirəcəklər

Ermənilər Sərkisyan əleyhinə aksiyalar keçirəcəklər

"Erməni dirçəlişi" adlı hərəkat dünyanın müxtəlif şəhərlərində və Yerevanda Ermənistanın Avrasiya İttifaqına qoşulmasına qarşı aksiyalar keçirəcək.

Modern.az saytı erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyanın Avrasiya İttifaqına qoşulmaq qərarından sonra aktivistlər sentyabrın 9-da etiraz aksiyaları keçirməyi qərara alıblar. Bundan başqa etirazçılar Ermənistanda siyasi məhbusların azad olunması tələbi ilə də çıxış edəcəklər. "Erməni dirçəlişi"nin Praqa filialının üzvü Baqrat Arakelyan bildirib ki, tarixin sentyabrın 9-na təyin edilməsi təsadüfi deyil. Çünki məhz bir il bundan əvvəl sentyabr ayının 9-da Serj Sərkisyan Avrasiya İttifaqına girişlə bağlı qərarını açıqlayıb. Qeyd edək ki, təşkilatın 10 ölkədə nümayəndəliyi var.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM