Ermənilər, sevinciniz üçün əsas yoxdur - KÖŞƏ

13:43 | 07.08.2014
Ermənilər, sevinciniz üçün əsas yoxdur - KÖŞƏ

Ermənilər, sevinciniz üçün əsas yoxdur - KÖŞƏ

Kamal ƏliÜmumilikdə 300 nəfər Ermənistan tərəfindən könüllü olaraq Qarabağda vuruşmaq arzusunu ifadə edib. Onlardan 100 nəfəri artıq Laçına göndərilib. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi deyir ki, əvvəlki Qarabağ müharibəsinin iştirakçıları (onların yaşı 40-dan çoxdur) ona görə lazımdır ki, indiki əsgərlər təcrübəsizdirlər.Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) bildiriblər ki, ehtiyatda olanların orduya çağırılması haqqında şayiələr əsassızdır. Heç kəsi çağırmırlar və dəvət etmirlər. Azərbaycan Respublikası ordusu öz vəzifələrini yerinə yetirir. Döyüş aviasiyası ermənilər tərəfindən zəbt edilmiş ərazilərdə uçuşları həyata keçirir, silahlar əvvəlcədən nəzərdə tutulmuş nöqtələrə tuşlanmışdır.İndi bundan sonra kim deyə bilər ki, Ermənistanda təlaş yoxdur?Erməni KİV-lərini oxuyuram. Onlar Azərbaycana dair həmişə "isterika" sözündən istifadə edirlər, amma bu, yerində deyilmiş söz deyil. Nə isterika var, nə də təlaş. 1-3 avqustda ermənilərlə döyüş haqqında xəbərlər çıxdıqda həyəcan var idi, şəhidlərimizin ruhunu təhqir etməmək üçün televiziyada şən əhval-ruhiyyəli konsertlərin göstərilməsinə son verildi, tarixi filmlər nümayiş etdirilməyə başlanıldı. Analar həddi-buluğa çatmış oğullarını ürəklərinə sıxdılar. Belə vəziyyətlərdə necə hərəkət edilməlidirsə, elə də oldu. İnternetdəki açıq mənbələrə əsasən, Azərbaycan qoşunlarının sayı 56 850 nəfərdir (2013-cü ildə), ehtiyat hərbi qulluqçuların sayı 300 000 nəfərdir. Yəni hətta əgər müharibə başlanarsa belə, orduda olan qulluqçuların sayı kifayət qədərdir.Müdafiə Nazirliyinin mətbuat xidməti onlara istinad etməyən KİV-də və sosial şəbəkələrdə yayılan məlumatlara inanmamağı məsləhət görür. Bu da tamamilə doğru yanaşmadır. Ona görə də səngərin o biri tərəfindəkilərə üz tutaq: Hər şey qaydasındadır, sevinciniz üçün əsas yoxdur.Növbəti döyüş hərəkətlərinə hazırlıq gedir,  bu barədə Soçidə prezidentlərin görüşündən sonra məlum olacaq. Əgər bu görüş baş tutmasa və ya o heç nəylə qurtarsa - məntiqi hadisələr növbəti səviyyəli müharibəni gözləməyi diqtə edəcək. Bu olmuş hadisə - Azərbaycanın birinci xəbərdarlığıdır. Qətiyyətli və qərarlı olmalıyaq - Forpostun sülh danışıqları barədə yalanlarını dinləməyə dəyməz.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti