Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO

23:44 | 21.09.2020
Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO

Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO

Xəbər verdiyimiz kimi, ötən gecədən etibarən Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.
Anews.az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, ermənilər sosial şəbəkə vasitəsi ilə Azərbaycan dilində mesajlar yazmağa və hərbi sirri əldə etməyə çalışır. Uğur Rzayev adlı şəxs ona ermənidən gələn mesajı saytımıza belə şərh edib:
"Öncə Ranar Cabbarov adlı şəxsdən mesaj gəldi. Azərbaycanlı olduğunu bildirib, cəbhədə vəziyyətin necə olduğunu soruşdu. Daha sonra "Ermənistana hücum olacaqmı?” sualını verdi. Onun erməni olduğunu başa düşüb, söyüb bloka atdım. Yenidən ona mesaj yazmaq istəyirdim deyə, blokdan çıxartdım. Çıxartdıqda isə həmin şəxsin adı Berik Koçaryan yazılmışdı. Xahiş edirəm, bir azərbaycanlı kimi, bütün Azərbaycan xalqı bir olaq, oyaq olaq, düşəmənə hərbi sirr verməyək”.
Sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımıza diqqətli olmalarını, cəbhə və hərbi məsələlərlə bağlı heç bir şərh və mesaj yazmamalarını tövsiyə edirik.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM