“Ermənilər Şuşada açılan universitetdə oxumağa gəlməyəcəklər”

20:13 | 09.06.2015
“Ermənilər Şuşada açılan universitetdə oxumağa gəlməyəcəklər”

“Ermənilər Şuşada açılan universitetdə oxumağa gəlməyəcəklər”


"Ermənistandan 1500 tələbənin gəlib Şuşada ermənilərin açmaq istədikləri universitetdə oxuyacaqlarına inanmıram”. Bu sözləri Modern.az-a açıqlamasında Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

O qeyd edib ki, ermənilər əvvəllər dağıtdıqları məkanları indi bərpa etməklə universitet açmaq istəyirlər:  

"Ermənilər orada universitet tikən deyillər. Şuşada Kənd Təsərrüfatı Texnikumu və Mədəni- Maarif  Pedaqoji Texnikumunun həm tədris binası, həm də yataqxanası var idi.

Özləri oranı dağıtmışdılar, indi də təmir edib universitet açırlar. İnanmıram ki, ermənilər gəlib orada təhsil alsınlar, çünki ermənilər bilirlər ki, o torpaqlar bizimdir və biz ora qayıdacayıq. Azərbaycan xalqı və əsgəri heç vaxt aman verməz ki, onlar belə bir şey etsin. Təmir edib düzəldirlər, lap yaxşı. Bizim abad yerlərimizi dağıtmışdılar, indi də təmir edib düzəldirlər, biz də öz yerimizə gedəcəyik”.    

Ermənistan hakimiyyəti Azərbaycanın işğal altındakı Şuşa şəhərində universitet tikintisini maliyyələşdirir. Tikintisi başa çatmaqda olan universitet rəsmi olaraq "Ermənistan Kənd Təsərrüfatı Universitetinin Artsax Filialı” adlanacaq. Universitetin tikintisinin başa çatmaq üzrə olduğu və sentyabr ayında təntənəli mərasimlə açılacağı gözlənilir. Universitet filialı 1700 nəfərin təhsil alması və işləməsi üçün nəzərə tutulub.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM