Ermənilər təmas xəttində keçirilən monitorinq zamanı atəş açdı

18:11 | 16.10.2014
Ermənilər təmas xəttində keçirilən monitorinq zamanı atəş açdı

Ermənilər təmas xəttində keçirilən monitorinq zamanı atəş açdı

 Oktyabrın 16-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqdən əvvəl kənd sakinləri Azərbaycan tərəfdən monitorinqi həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), eləcə də ABŞ təmsilçisi C.Uorlikin köməkçisi David Salvo ilə görüşüblər. Qısa söhbətləşmə zamanı kənd sakinləri beynəlxalq müşahidəçilərə Ermənistan-Azərbaycan münaqişənin illərdir uzanaraq davam etməsindən, konfliktin həlli istiqamətində səylərin nəticəsiz qalmasından, ərazilərimizin erməni işğalında olmasından, Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhalinin və yaşayış məntəqələrinin, o cümlədən qeyri-hərbi obyektlərin daim atəş altında saxlanılmasından narazılıqlarını ifadə ediblər. Sonra nümayəndə heyəti öz missiyasını yerinə yetirmək məqsədilə monitorinq keçiriləcək əraziyə yollanıb. Monitorinq qrupu təmas xəttinin qarşı tərəfinə keçməzdən əvvəl Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi istiqamətdən atəş səsləri eşidilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM