Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran Oleq Kuznetsov Baş Prokurorluğa müraciət edərək ermənilər tərəfindən ölümlə hədələndiyini bildirib.
O.Kuznetsov müraciətində Ermənistan mətbuatında müxtəlif təxəllüslər altında gizlənən müəlliflərin məqalələrində ona qarşı sui-qəsd çağırışları edildiyini deyib. Tarixçi alim həyatına və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasını və Rusiya Federasiyası ərazisində "http://voskanapat.info” və "http://www.yerkramas.org” saytlarının ekstremist fəaliyyətinin qadağan olunmasını istəyib.
Oleq Kuznetsov APA-nın Moskva müxbirinə açıqlamasında Ermənistan mətbuatında onun ünvanına olan hədələri Bakıda UNESCO və İSESCO-nun himayəsi altında keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı zamanı öyrəndiyini söyləyib: "O zaman mən bu məqalələri axmaq bir təxribat kimi qəbul etdim və buna fikir verməyin lazımsız olduğunu düşündüm. Lakin səhv etdim. Gərək, onlara sərt cavab verərdim. Erməni lobbistləri nəcibliyimi zəiflik kimi qəbul etdilər və bundan sonra növbəti dəfə məni "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" monoqrafiyama görə məsuliyyətə cəlb etmək qərarına gəldilər. Onların fikrincə, bu monoqrafiya nəinki Rusiya ərazisində insanları milli zəmində nifrətə təhrik edir, hətta beynəlxalq erməni biznesinin reputasiyasına böyük zərbə vurur. Mənim bu monoqrafiyam Avropada ingilis dilində yüz min tirajla çap olunub və bu, dünyadakı bütün erməni diasporunu vəlvələyə salıb. Onlar indi mənə qarşı cavab tədbirləri görməyə başlayıblar. Mənə fiziki güc tətbiq olunması ilə bağlı çağırışlar xəbərdarlıq idi. İndi isə daha aktiv fəaliyyətə keçiblər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !