Ermənilər Tərtəri atəşə tutur- Əraziyə 300-dən çox top mərmisi atılıb

11:59 | 13.10.2020
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutmaqda davam edir.
Bu barədə Anews.az-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 13-ü səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır, vətəndaşları ağır artilleriya atəşəinə tutur.

Məlumata görə, bu gün ərzində ermənilər tərərindən Tərtər şəhərini və ətraf kəndləri - ümumilikdə 300-ə qədər top mərmisi atılıb.
Hazırda zərəyr dəymiş evlərin sayı araşdırılır.

Sentyabrın 27-dən hazırki dövrədək Tərtər rayinu ərazisinə 56 çox mərtəbəli bina, 105 ev isə tamamilə dağıdılıb. 500-ə qədər evə külli miqdarda zərər dəyib.
 
9 mülki  şəxs ölüb, 40 nəfər xəsarət alıb.
 
Ümumilikdə rayon ərazisinə 11.400 top mərmisi atılıb.





www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti