Ermənilər Türkiyəyə təslim oldu

14:00 | 06.04.2014
Ermənilər Türkiyəyə təslim oldu

Ermənilər Türkiyəyə təslim oldu

18 erməni əsilli Suriya vətəndaşı Türkiyə tərəfinə keçib. ANS PRESS-in məlumatına görə, Suriyanın Latakiya (Lazqiyyə) şəhərinin Türkiyə ilə sərhəddində yerləşən Kəsəb bölgəsində nəzarəti ələ keçirən müxalif qüvvələr 18 erməni əsilli Suriya vətəndaşını Türkiyə tərəfinə təslim ediblər. 

Türkiyədə sığınmaq istəyən erməni əsilli suriyalıların artıq Yayladağı bölgəsində Türkiyə tərəfinin nəzarəti altında olduğu bildirilir. 

Qeyd edək ki, Suriyanın Latakiya (Lazqiyyə) şəhərinin Türkiyə ilə sərhəddində yerləşən Kəsəb qəsəbəsində Bəşər Əsəd tərəfdarları ilə müxalif qüvvələr arasında 12 gündür ki, silahlı atışmalar baş verir. 

Türkiyə sığımaq üçün təslim edilən erməni əsilli 18 suriyalıdan 7-sinin qadın olduğu bildirilir.

Yayladağının bələdiyyə sədri Turan Yılmaz isə erməni əsilli suriyalıları Türkiyədə qonaq kimi qəbul etdiklərinə görə çox şad olduqlarını söyləyib.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM