Ermənilər türk jurnalistlərinə atəş açıb

13:26 | 27.09.2020
Ermənilər türk jurnalistlərinə atəş açıb

Ermənilər türk jurnalistlərinə atəş açıb

Bu gün səhər Anadolu agentliyi və TRT telekanalının müxbirləri Ermənistanın Azərbaycan kəndlərinə qarşı təxribatı barədə təfərrüatları öyrənmək üçün cəbhə bölgəsindəki yaşayış məntəqələrinə gedib.


"Anadolu" nun verdiyi məlumata görə, Qapanlı kəndi ərazisindəki atışma zamanı erməni bölmələri minaatanlardan atəş açıb. Mərmilərdən biri müxbirlərin avtomobilinin yaxınlığında partlayıb.


Bundan sonra jurnalistlər atəş yerindən uzaqlaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM