Ermənilər övladlarını Azərbaycana qarşı belə hazırlayırlar - VİDEO

13:37 | 12.08.2014
Ermənilər övladlarını Azərbaycana qarşı belə hazırlayırlar - VİDEO

Ermənilər övladlarını Azərbaycana qarşı belə hazırlayırlar - VİDEO

“Bu, bizim xüsusi təyinatlıların silahıdır”.Erməni jurnalist Arshak Zaqaryan Azərbaycanın işğal altında olan ərazisindən reportaj hazırlayıb. Oxu.Az Azadxeber.net-ə istinadən xəbər verir ki, erməni jurnalist reportaj zamanı azyaşlıda Azərbaycana olan nifrəti üzə çıxarıb. Belə ki, müsahibə zamanı Mikael adlı erməni cəbhə bölgəsində xidmət etmək üçün özünü hazır gördüyünü söyləyir. Jurnalist və azyaşlı arasındakı dialoq isə belə olub:Jurnalist: Əlində olan nə silahdır belə?Azyaşlı: AKMJurnalist: O sənə niyə lazımdır, bu silah nə üçündür?Azyaşlı: Bu, bizim xüsusi təyinatlıların silahıdır. Jurnalist: Bəs silah xüsusi təyinatlıların nəyinə gərəkdir?Azyaşlı: Bu silahla bizimkilər türklərin postlarına daxil olur və hamısını güllələyirlər. Əsasən də, əgər onlar hücuma keçiblərsə, bizimkilərin cavabı şiddətli olur.Jurnalist: Bəs sənin adın nədir?Azyaşlı: Mikael və ya Miko. İndi mən kiçik çavuşam, lakin böyüyəndə xidmətdə olacam. Hər yay mən bura gəlir və cəbhə bölgəsində 2 həftə keçirirəm. Atam zabitdir, bura məni öz xahişimlə gətirir. O, 17 yaşından bəri döyüşlərdə iştirak edir. Müharibə başlayan zaman Rusiyadan bura gəlib. Mən kifayət qədər hazırlıq keçmişəm və icazə versələr postları qoruya bilərəm. Bu, mənim ən sevimli silahımdır və ilk dəfədən hədəfi vura bilirəm. Artıq qərar vermişəm ki, hərbçi olacam.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb