"Ermənistanın Bakı 2015 Avropa Olimpiya Oyunlarında iştirakı məsələsini hələ müzakirə etmək lazımdır".ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan milli olimpiya komitəsinin prezidenti Qaqik Tsarukyan jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, erməni idmançıların Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirak məsələsi ilə bağlı vahid qərar qəbul etməliyik: "Mən Beynəlxalq Olimpiya Komitəsinin üzvü kimi razıyam ki, idmançılarımız yarışlarda iştirak etsinlər. Çünki bizim idmançılar çox yaxşı hazırlıq məhələsi keçiriblər. Biz istənilən ölkədə çıxış etməyə hazırıq amma, burada incə məqamlar var. Mən idmançılarla, məşqçilərlə məsələni müzakirə etmək istəyirəm".Avropa olimpiya komitəsinin (AOK) prezidenti Patrik Hikkin isə idmançılarla bu məsələnin müzakirəsinə böyük önəm verildiyini söyləyib. O qeyd edib ki, əgər erməni idmançılar Avropa Olimpiya Oyunlarında iştirak etmək istəsələr biz onlara zəmanət verəcəyik: "Azərbaycandakı yarışlarada bütün ölkələrin idmançıları kimi, erməni idmançıları da yüksək səviyyədə qarşılanacaq".AOK prezidenti həmçinin qeyd edib ki, Ermənistan tərəfi Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirak etməsə sanksiyaya məruz qalacaq: "Yox, əgər, Ermənistan oyunlarda iştirak etmək qərarı verərsə o zaman heç bir sanksiya ilə üzləşməyəcəklər".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !