“Rusiya yenə də bizə zorla öz vasitəçiliyini sırımaq istəyir”.
ANN.Az xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu öz Feysbuk səhifəsində çıxış edib.
O, Soçi görüşündə Qarabağ problemi ilə bağlı yalnız bir halda irəliləyişə ümid edilə biləcəyini söyləyib:
“Putin prezident seçiləndən bu yana bir dəfə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyib. İndi isə quyruqları qapı arxasındadır deyə, təcili prezidentləri Soçiyə yığmağa çalışırlar. Həmin görüşə bir neçə gün qalıb. Soçi görüşündə Dağlıq Qarabağ probleminin həlliylə bağlı yalnız bir halda hansısa irəliləyişə ümid etmək olar: bu az müddətdə separatçılar bizdən daha güclü zərbələr almalıdırlar ki, masa arxasında mövqeyimiz güclü olsun, əks halda Soçi görüşü nəticəsiz qalacaq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !