Ermənilərdən yeni itki etirafları

12:27 | 03.09.2014
Ermənilərdən yeni itki etirafları

Ermənilərdən yeni itki etirafları

Ermənistan tərəfi cəbhə xəttindəki son döyüşlərdə yaralanan daha 7 erməni əsgəri barədə açıqlama yayıb.ANS PRESS-in məlumatına görə, bu yaxınlarda Ermənistan tərəfi xəstəxanada müalicə alan 6 erməni əsgərinin vəziyyəti ilə bağlı açıqlama yaymışdı. Beləliklə cəbhədə yaralanan erməni əsgərlərinin sayı hələlik 13 nəfərə çatıb.Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalına yeləşdirilən 7 erməni əsəgəri ilə bağlı bu gün məlumat yayılıb. Hospitalın sədri Aram Asaturyan açıqlama verib ki, 7 əsgərdən 3-ü hələ də hospitaldadır. Qeyd edək ki, iyulun sonu avqustun əvvəllərində cəbhə xəttində baş verən döyüşlərdə Ermənistan tərəfi xeyli itki versə də bunu gizlətməyə çalışırdı. Lakin bir sıra xarici kütləvi informasiya vasitələrində yer alan məlumatlarda bildirilirdi ki, həmin döyüşlər zamanı 80-ə yaxın erməni əsgəri ölüb, 20-dən çoxu yaralanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM