ABŞ-ın Ermənistandakı səfirliyi əməkdaşlara rəsmi səfərlər üçün ermənilərin aviaşirkətlərindən istifadəni yasaqlayıb.
Anews.az Hit.az-a istinadən xəbər verir ki, bu ilin iyun ayında Avropa Birliyi Ermənistanın bütün aviaşirkətlərini Aviasiya Təhlükəsizliyi Siyahısına (EU Air Safety List) daxil edib.
Səbəb Ermənistan aviaşirkətlərinin təhlükəsiz uçuşlarına inamın olmamasıdır.
Faktiki olaraq, Avropa Birliyi səmasını Ermənistan aviaşirkətlərinə bağlayıb.
Avropa Birliyinin qara siyahısında İraq, Venesuela, Əfqanıstan, Anqola, Konqo, Cibuti, Ekvatorial Qvineya, Eritreya, Liberiya, Liviya, Nepal, San-Tome və Prinsipi kimi dövlətlərin də aviaşirkətləri var.
AB-nin, sonra da ABŞ-ın Ermənistan aviaşirkətlərinə qarşı sərt sanksiyalar və yasaqlar tətbiq etməsi, sadəcə, rəsmi olaraq uçuşların təhlükəsizliyinin təminatı ilə bağlıdır.
Əsl səbəb Erməistanda rəsmi qeydiyyata alınmış təyyarələrdən uzun illərdən bəri Afrika ölkələrinə silah, hərbi texnika və sursat daşımaq üçün istifadə olunmasıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !