"Qərbin Ermənistanın qeyri-stabilliyi haqqında fikirləri artacaq"
Ermənistanın NATO-nun Gürcüstanda keçirdiyi "Agile Spirit 2017" təlimlərində iştirakdan əvvəl söz verib, sonra imtina etməsi onun imicinə də mənfi təsirsiz ötüşməyəcək.
Ermənistanın təlimlərdən imtinası səbəblərini və bunun təsirlərini BBC-də araşdırıb. Lester Universitetinin kəşfiyyata, təhlükəsizlik və strateji araşdımalar departamentinin elmi işçisi Eduard Abramyan da bu qənaətdədir.
"Bu bir daha Ermənistanın daxili və hərbi siyasətinin qeyri-stabilliyi haqqında qərbdə olan fikirləri dərinləşdirəcək. Həm də 2009-cu ildə baş verən analaoji hadisənin fonunda... O, zaman da Ermənistan sülh naminə əməkdaşlıq proqramı şərcivəsində keçirilən təlimlərə bir gün qalmış iştirakdan imtina edib. Bundan başqa 2013-cü ilin də acı təcrübəsi var. Dörd il öncə Avropa Birliyi ilə dörd illik danışıqlardan sonra Ermənistan qəfildən hazırlanan sənədləri imzalamaqdan imtina etdi. O zaman Rusiya tərəfə olan bu qəfil dönüşü erməni ictimaiyyəti "bir gecədə verilən qərar" adlandırıb", deyə BBC-yə bildirib.
Xatırladaq ki, "Agile Spirit 2017" təlimində 7 ölkədən - ABŞ, Gürcüstan, Ukrayna, Bolqarıstan, Runıniya, Latviya və Azərbaycandan olan 1500-dən artıq hərbçi iştirak edir.
Yerli ekspertlər Ermənistanın təlimdən imtinasının Rusiya ilə münasibətlərin korlamasından ehtiyat etmələri ilə bağlı olduğunu düşünürlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !