rmənistan iqtisadiyyatına nəhəng sərmayələr qoyulması barədə bəyanatlar yalandır.
Bu barədə jurnalistlərlə söhbətində Ermənistanın tanınmış iqtisadçısı Vilen Xaçatryan bildirib: "Respublika iqtisadiyyatına xarici sərmayələr gəlir, deyəndə Ermənistan camaatını aldadırlar”.
Onun sözlərinə görə, 2017-ci ilin 6 ayı ərzində ölkəyə xaricdən sərmayə qoyuluşu heç olmayıb və ölkədən əvvəlki ilin uyğun dövrünə nisbətən xeyli çox vəsait - 25 milyard dram, yəni 52 milyon dollar pul çıxarılıb. Xaçatryanın sözlərinə görə, həm də respublikadan aparılan vəsait xaricdən gələn vəsaitdən xeyli çox olub.
Vəsaitlərin çoxu Rusiyaya aparılıb. Ora, Xaçatryanın sözlərinə görə, keçən il 27 milyard dram, yəni 56 milyon dolar pul gedib. Bu il isə artıq indiyə kimi 25 milyard dramdır. İri pul vəsaitlərinin çıxarıldığı ikinci ölkə Livandır.
Ekspert bunun arxasında kimin dayanması barədə verilən suala cavabdan yayınıb. Yəqin öz təhlükəsizliyinin qeydinə qalıb. Yəni rəhbərliüyin icazəsi olmadan heç kim bu pulu ölkədən çıxara bilməz.
Ermənistan rəhbərliyi isə iqtisadiyyatdakı sıçrayışdan danışır : "Ermənistan vətəndaşları, tezliklə xoşbəxt olacaqsınız!”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !