Moderator.az həcmcə qısa olsa da, mahiyyətcə böyük mətləblərdən xəbər verən həmin məktubu təqdim edir:
"Bir neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan ( yazıçı Yusif Vəzir Çəmənzəminlini nəzərdə tutur-E.N.) bir məktub aldım. Yazır ki, ermənilərin fransızca "Renessans” qəzetəsi iddia edir ki, "Arşın mal alan”ı yazan ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu yazır və israr eləyir ki, mən əsərlərimin notlarını çap etdirib onlara göndərim ki, səfarət xərcinə olaraq, bütün Yevropada, həmən Amerikada böylə intişarına səy göstərsin. Hərgah, mən Parisdə olsaydım, notlarımı tezliklə və yəqin ki, ucuz olaraq çap elətdirərdim. Mən əhvalatı Nəsib bəyə (ADR-in baş naziri Nəsib bəy Yusifbəyli) də söylədim. Dedi ki, bu iddia ermənilərin Zəngəzur iddiasından daha betərdir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !