Ermənilərin başına pul qoyduğu döyüşçü necə itkin düşüb? - Video

13:12 | 01.04.2022
Ermənilərin başına pul qoyduğu döyüşçü necə itkin düşüb? - Video

Ermənilərin başına pul qoyduğu döyüşçü necə itkin düşüb? - Video

Azad olunmuş Xocalının Fərrux kəndində aşkarlanmış kütləvi məzarlıqda dəfn olunmuş şəhidlərdən biri də bu kənd uğrunda gedən döyüşlər zamanı itkin düşmüş Tahir İsmayılovdur.  
 
APA TV onun ailəsinə baş çəkib.

Şəhidin xanımı Güldanə İsmayılovanın sözlərinə görə, Tahir döyüşlərə könüllü yollanıb: "Dedi ki, könüllü yazılmışam, gedirəm. Dedi ki, Xocalıda anamızı, bacımızı o günə qoyurlar… O getməsin, bu getməsin, bəs kim getsin? Həvəslə vuruşurdu… Hələ də elə bilirəm ki, qapı açılacaq, o gələcək. Sümüklərin tapıldığını biləndə özümü çox pis hiss etdim. Ölübsə, məzarı yoxdur, qalıbsa, özü yoxdur”.
 
Şəhidin qohumu Çərkəz Məmmədzadə deyib ki, ermənilər Tahirin başına pul qoyubmuş: "Döyüş yoldaşları deyir ki, Tahirin başına pul qoyulduğundan onu sağ buraxmazdılar”.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM