Ermənilərin çoxu ilin sonuna kimi sülh imzalanmasına inanmır - GALLUP

13:16 | 05.11.2024
Ermənilərin çoxu ilin sonuna kimi sülh imzalanmasına inanmır - GALLUP

Ermənilərin çoxu ilin sonuna kimi sülh imzalanmasına inanmır - GALLUP

Ermənilərin 64,6%-i 2024-cü ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanacağına inanmır. Bu barədə çərşənbə axşamı GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib.

Xüsusilə, respondentlərin 41,2%-i "qətiyyən inanmadığını” bildirib. 

Eyni zamanda, respondentlərin 17,5%-i sülh müqaviləsinin imzalanacağına, 8,4%-i isə "mütləq imzalanacağına” "daha ​​çox inanır”. Eyni zamanda respondentlərin 9,6%-i bu suala cavab verməkdə çətinlik çəkib. 
 
Bundan əvvəl Sosial Tədqiqatlar Məkrəzinin keçirdiyi rəy sorğusuna görə, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusuna görə respondetlərin 83,8%-i Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyib.
 
Respondetlərin 13,5% sülhü dəstəkləmədiyini, 2,7% şəxs isə suala cavab verməkdən imtina edib. 

Ötən gün ER parlamentinin spikeri Alen Simonyan demişdi ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində əzmkarlıqla fəaliyyətini davam etdirəcək. 

Bu gün Ermənistan xarici işlər nazirliyi açıqlama yayıb ki, sülh sənədi ilə bağlı yeni təklifləri Azərbaycana göndərib. 
 
Hazırda sülh istiqamətində iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM