""Smerç” yaylım atəşli reaktiv sistemləri Ermənistanın öyünə biləcəyi yeganə silah növüdür". İstiPress-in məlumatına görə, bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. Ermənistanın təlimlərdə "Smerç” yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə etməsi barədə yayılan məlumatları ehtiyatda olan general-leytenant şərh edib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, "İskəndər” əməliyyat-taktiki raket kompleksi Ermənistan silahlı qüvvələrinin balansında deyil, "Smerç” YARS onların ordusunun silahlanmasında olan "ən güclü” raket sistemidir.
"Lakin unutmaq lazım deyil ki, bu raket sistemləri Sovet döründə istehsal olunub və 1987-ci ildə istifadəyə verilib. Mülki vətəndaşlar bilməsələr də, peşəkar hərbçilər yaxşı bilirlər ki, 30 il əvvəl, istehsal olunan və illərlə anbarlarda saxlanılan silahın bu gün uğurlu tətbiqi böyük şübhə altındadır.
Böyük ehtimalla, Ermənistanın "Smerç” YARS-dan atışlar keçirməsi də məhz onların istifadəyə yaralı olub-olmamasının yoxlanılması ilə əlaqədardır".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !