Ermənilərin gürcü torpaqlarını zəbt etməsi müzakirə ediləcək

12:40 | 20.07.2015
Ermənilərin gürcü torpaqlarını zəbt etməsi müzakirə ediləcək

Ermənilərin gürcü torpaqlarını zəbt etməsi müzakirə ediləcək

Gürcüstan parlamentinin deputatı: "Bu kimi hallar əsasən azərbaycanlıların sıx yaşadığı yerlərdə baş verir

"Ermənilər tərəfindən Gürcüstan torpaqlarının zəbt edilməsi halı ilk dəfə baş vermir". Bunu "Report"a açıqlamasında Gürcüstan parlamentinin "Gürcü arzusu" Partiyasından olan azərbaycanlı deputatı, parlamentin Regional inkişaf və yerli idarəetmə komitəsinin sədr müavini Əli Məmmədov ermənilərin Gürcüstanda yeləşən və azərbaycanlıların sıx yaşadığı Sazakənd kəndinin 10 hektar ərazisini zəbt etməsi xəbərini şərh edərkən deyib.
Deputatın sözlərinə görə, ermənilərin bənzər hərəkətləri 10 ildən çoxdur davam edir və bu dəfə gürcü kilsəsinə aid olan sərhədyanı ərazilər zəbt olunub: "Hər il onlar sərhədi 5 metr irəli çəkirlər. Özü də əsasən azərbaycanlıların sıx yaşadığı yerlərdə baş verir, başqa yerlərdə belə bir şey olmur. Bu da Ermənistanla Gürcüstan arasında sərhədin müəyyən edilməməsinə görə olur".

O, həmçinin qeyd edib ki, indiyədək bu məsələ ilə bağlı çoxsaylı görüşlər və konfranslar keçirilib, lakin heç bir nəticə verməyib. Deputat eyni zamanda bildirib ki, bu məsələ çərşənbə günü - iyunun 22-də parlament fraksiyasının iclasında müzakirə olunacaq.

Bununla belə, azərbaycanlı deputat bu addımların sərhəd münaqişəsinə səbəb ola biləcəyini də istisna etməyib: "Ermənistan hər kəsdən bir qarış torpaq zəbt etməyə çalışır!"

Deputat həmçinin deyib ki, bu vəziyyətə baxmayaraq, Gürcüstan azərbaycanlıları əvvəlkindən fərqli olaraq daha yaxşı yaşayır: "Əvvəlki hakimiyyət dövründə müəyyən "qırmızı xətt" var idi və azərbaycanlılar inkişaf və varlanmaq baxımından bu xətti keçə bilmirdilər. Bu gün onlar özlərini yad hiss etmirlər. Lakin bu kimi təxribatlar əhalinin əhvalını pozur".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM