Ermənilərin hədəsi nə dərəcədə təhlükəlidir? - RƏSMİ AÇIQLAMA

15:31 | 13.11.2014
Ermənilərin hədəsi nə dərəcədə təhlükəlidir? - RƏSMİ AÇIQLAMA

Ermənilərin hədəsi nə dərəcədə təhlükəlidir? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan hərbçiləri tərəfindən erməni hərbi helikopteri vurulub.
Vurulan Mİ-24 helikopterində 3 erməni hərbçisi həlak olub.
Hadisədən sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arstun Hovanisyan Azərbaycana hədə-qorxu gəlib. "Associated Press" agentliyinə açıqlama verən mətbuat katibi bildirib ki, bu hal Azərbaycan üçün pis nəticələr doğuracaq: "Bu bənzəri olmayan gərginlikdir və Azərbaycan üçün pis nəticələnəcək. Erməni helikopterlərinin mövqelərə hücum iddiası doğru deyil".
Artıq Azərbaycan Müdafiə Nazirliyi də Ermənistanın hədə-qorxusuna cavab verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ANN.Az-a bildirib ki, Ermənistan hər zaman bu tip hərəkətlər edib və daim öz cavabını alıb:
"Azərbaycan Müdafiə Nazirliyi birmənalı şəkildə bildirir ki, Silahlı Qüvvələrin müdafiənin ön cəbhəsində yerləşən qüvvələri, bölmələri Ermənistanın istənilən provokasiyasının qarşısını almağa qadirdir və alır.  Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizin hava məkanında olan hər bir icazəsiz uçuşun qarşısını qətiyyətlə alacaq. Hava sərhədini pozanlara qarşı zərbə endirmək üçün Azərbaycan Hərbi Hava Qüvvələri ən müasir vasitələrə malikdir".
Düşmən tərəfinin "Erməni helikopterləri Azərbaycanın mövqelərinə hücum etməyib" iddiasına da toxunan V. Dərgahlı bildirib ki, onlar bizim mövqelərə atəş açdığı üçün dərhal məhv edilib:
"Onların dediklərinin heç bir əsası yoxdur. Azərbaycanın istənilən ərazisində düşmənin hərəkətinin qarşısı qətiyyətlə alınacaq".
Tofiq ƏLİ
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM