Ermənistanın ikinci ən böyük şəhəri Gümrüyə yaxın gələcəkdə ancaq xüsusi icazə ilə daxil olmaq olacaq
ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə "Aykakan Jamanak" qəzeti yazıb. Şəhərdə Rus ordusunun 102 hərbi bazası yerləşir. Nəşrin verdiyi məlumata görə, son zamanlarda hərbi kontingentin daha da genişlənidirilməsi, şəhərdə böyük hərbi rayonun yaradılması nəzərə çarpır. Jurnalistlərin fikrincə, Rusiya prezidenti Vladimir Putinin dekabrda Ermənistana planlaşdırılan səfərində Gümrünün qapalı şəhərə çevrilməsi məsələsi gündəmə gələcək.
Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi jurnalistlərin bu barədəki sualını nə təsdiq, nə də təkzib edib. O sadəcə deyib ki, bu, Rusiyanın hərbi bazasıdır, onun bu barədə şərh verməyə hüququ yoxdur.
Açıq-aydın görünür ki, Ermənistanın Gömrün İttifaqına, sonra da Avrasiya İttifaqına daxil olmasından sonra, yeni situasiya yaranır. İndi "hə, yox" kimi qərarlar Yerevanda yox, Moskvada həll olunacaq. Yerli müxaliflər Ermənistanın hazırki hökumətinin Rusiya kursunun ölkənin müstəqilliyinin daha da çox itirilməsinə səbəb olacağını deyirlər.
ANN.Az