Ermənilərin İŞİD qorxusu

19:28 | 28.02.2015
Ermənilərin İŞİD qorxusu

Ermənilərin İŞİD qorxusu

İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşması Ermənistan üçün ciddi təhlükədir. 

ANS PRESS-in məlumatına görə, bu fikri İrəvan Dövlət Universitetinin teologiya fakültəsinin müəllimi, parlamentin keçmiş duputatı Vardan Oskanyan bildirib. 

Şimali İraq kürd muxtar bölgəsinin mərkəzi Ərbil şəhəri ilə İrəvan arasında təyyarə reyslərinin başlaması məsələsinə toxunan Vardan Xaçatryan İŞİD-in maraqlı olduğu zona ilə əlaqə qurmağı çox təhlükəli sayıb: "İş o yerə çatıb ki, onlar artıq İstanbul istiqamətinə atəş açırlar, Yunanıstana gedib orada hərbi əməliyyatlara başlamaq istəyirlər”. 

Vardan Xaçatryanın fikrincə, İŞİD Ermənistana hədəf kimi baxır: "Xilafətin yaranmasında əsas maneələrdən biri Ermənistan dövlətidir”. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM