Türkiyənin Rusiyadan aldığı S-400 raket-zenit kompleksi erməniləri əməlli-başlı qorxuya salıb. İstiPress-in məlumatına görə, bunu hətta özləri də etiraf etməyə başlayıblar.
"Ermənilər "İsgəndər"lərinə çox tez sevinirlər. Türkiyə onları Rusiyadan aldığı S-400-lə vura bilər". Bunu parlamentdə "Çıxış" fraksiyasının rəhbəri Nikol Paşinyan deyib.
O, deyib ki, Ermənistan Birinci Dünya müharibəsi, Çar ordusunun Vandan çəkilməsi və kağız üzərində qalan Sevr müqaviləsindən dərs çıxarmalıdır. Ermənilərin başqa ölkəyə, orduya necə güvənə biləcəyi anlaşılmazdır.
"Bir an belə unutmaq olmaz ki, son anda Rusiya Ermənistanla əməkdaşlıq müqavilələrini unudacaq və hərbi yardım haqqında bütün razılıq zibilə atılacaq. Əlində S-400 olan Türkiyə isə istənilən an Azərbaycana bizim "İsgəndər"lərə qarşı mübarizədə kömək edə bilər".
Bunun üçün də erməni deputat həmterlilərinə sevinməməyi məsləhət görüb. "Və başqalarına güvənməmək lazımdır".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !