Ermənilərin yeni silahı

10:19 | 18.09.2017
Ermənilərin yeni silahı

Ermənilərin yeni silahı

Erməni xalqı öz hökumətinə qarşı çıxır.

Ermənistanının nəqliyyat kommunikasiyalarının bağlanması respublika sakinlərinin, xüsusilə də kənd rayonlarının sakinlərinin əlində öz iqtisadi hquqlarını uğrunda mübarizədə əsas silaha çevrilib.

Bu dəfə yolu Azərbaycanla sərhədTauş vilayətinin sakinləri kəsiblər və baş nazir Karen Karapetyanın gəlməsini tələb ediblər. Etriaz aksiyasının nəticəsində magistral keçilməz olub, tıxac onlarla kilometr uzanıb.

Əlbəttə, baş nazir hadisə yerinə gəlməyib. Onun yerinə gücləndirilmiş polis dəstələri gəlib, onlar sərt tədbirlər görərək axşam saatlarına yaxın yolu açıblar.

Mətbuat yazır ki, respublika yollarında analoji durum tez-tez rastlanır. İnsanlar bilmirlər ki, öz həyat şəraitlərini bir az yaxşılaşdırmaq üçün nə etsinlər. İrəvan siyasətçilərinin "bir az daha dözün, yaxşı yox, çox yaxşı yaşayacaqsınız” kimi bəyanatları onları artıq bezdirib.

Karen Karapetyan özü çıxış edəndə rəqəmlər gətirərək, iqtisadi dirçəlişdən danışır. Amma Ermənistanda hamı bilir ki. bu, özünü şişirmədən başqa bir şey deyil.

Elə bu günlərdə "Modus Vivendi” mərkəzinin direktoru Ara Papayan bildirib ki, yaxın zamanldarda Ermənistanda defolt olacaq. Bu, çox şeylə - öncə pis iqtisadiyyatla, demoqrafik vəziyyətdəki kəskin geriləmə ilə, doğum göstəricsinin kəskin aşağı düşməsi və artan mühacirətlə bağlıdır.

Papayanın sözlərinə görə, Ermənistanın xarici borcu artıq ümumi daxili məhsulun (ÜDM) 60 faizini keçib və 6,5 milyard dollara bərabərdir. Borcun qaytarılmasının ən yüksək hədddi 2019-cu ilə düşəcək. Papayan bildirir ki, Ermənistanda  ÜDM artımı yoxdur, amma borcun ödənilməsi üçün böyük vəsaitlər xərclənir. Bu isə səhiyyənin, elmin və təhsilin pulsuz qalması ilə nəticələnir.

Ekspertin fikrincə, bunda əsas günahkarlar indiki və daha öncəki hökmətlərdir. Ermənistan defolt olub-olmamasını zaman göstərəcək.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM