Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun cəbhənin Ağdam istiqamətində vurulan ermənilərə məxsus Pilotsuz Uçan Aparatın (PUA) vurulması xəbərini təkzib edib.
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, xəbərdə deyilir ki, guya Azərbaycan Ordusu özünə məxsus PUA-nı dəyişik salaraq vurub və vurulmuş PUA-nın ermənilərə məxsus olmadığını bəyan edib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında bildirdi ki, bu Ermənistan Müdafiə Nazirliyinin gülüşə səbəb olan yalanıdır:
"Görünür Ermənistan Müdafiə Nazirliyinin başbilənləri növbəti dəfə düşdükləri bu xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşdilər. Düşünüb-daşınıb tapdıqları, ağıllarına gələn isə yenə də erməniyə xas, gülüşə səbəb olan erməni yalanıdır. Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır. Hadisə ilə bağlı hər hansı əlavə şərh artıqdır və yersizdir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !