• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Ermənistan 84 yaşlı əsirin nəşini ailə üzvlərinə çatdırmaqdan imtina etdi

Ermənistan 84 yaşlı əsirin nəşini ailə üzvlərinə çatdırmaqdan imtina etdi
30.10.2020 16:18
Hadrut qəsəbəsində ermənilərin köməksiz buraxıb getməsi nəticəsində uzun müddət qidasız və susuz qalması səbəbindən sağlamlıq durumu ağırlaşmış vəziyyətdə aşkar olunan 84 yaşlı Mişa Melkumyanı Azərbaycan tərəfi oktyabrın 29-da BQXK-nın vasitəçiliyi ilə Ermənistana təhvil vermək istəmiş, lakin qarşı tərəf qeyri-insani davranış göstərərək M.Melkumyanı təhvil almaqdan imtina edib.

Anews.az xəbər verir ki, ürəyin xroniki işemiyası, böyrək çatışmazlığı, pnevmoniya, yataq yaraları və digər ağır xəstəliklərdən əziyyət çəkən M.Melkumyan dərhal xəstəxanaya yerləşdirilmiş, onun sağlamlıq durumunun yaxşılaşdırılması istiqamətində bütün zəruri tibbi prosedurlar həyata keçirilmiş və müvafiq qaydada sənədləşdirilmişdir.
 
M.Melkumyanın vəziyyətinin ağır olması BQXK-nın həkim mütəxəssisləri tərəfindən də təsdiq edilmişdir. Görülmüş tədbirlərə baxmayaraq, M.Melkumyan oktyabrın 30-u gecə saatlarında keçinmiş və xəstəliyi ilə bağlı epikriz BQXK-ya təqdim olunmuşdur. Onun nəşinin BQXK-nın vasitəçiliyi ilə verilməsi üçün ilkin razılığın əldə olunmasına və Azərbaycan tərəfindən bütün təşkilati işlərin görülməsinə baxmayaraq, Ermənistan bir daha beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik göstərmiş və M.Melkumyanın nəşini qəbul edib həmin ölkədə yaşayan ailə üzvlərinə çatdırılmasından imtina edib.

M.Melkumyanı əsir götürülmüş şəxs kimi təqdim etmək cəhdləri Ermənistanın özünün qeyri-insani hərəkətlərini ört-basdır etmək üçün yalan kampaniyasının tərkib hissəsidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 18:31
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Dünya 16:57
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Dünya 15:31
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Dünya 12:05
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Dünya 10:06
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol