Ermənistan AŞPA-da sərt tənqid olundu

14:00 | 26.06.2015
Ermənistan AŞPA-da sərt tənqid olundu

Ermənistan AŞPA-da sərt tənqid olundu

Avropa Şurası Parlament Assambleyasının sədri Anna Brasser İrəvana sərt ultimatum verdi.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Anna Brasser son günlər Ermənistanda baş verən hadisələrdən dərin narahatlığını bildirib.

ANS PRESS-in məlumatına görə, o, verdiyi açıqlamada bildirib ki, Ermənistanda etiraz edənlərə qarşı sərt davranış yolverilməzdir və bu, hərəkətlər narahatlıq doğurur.

A.Brasser deyib: "Mən İrəvanda baş verənlərdən çox narahatam. Mən hadisələr barədə bütün informasiyanı KİV-lərdən alıram. Bütün tərəfləri sakitliyə çağırıram. Bir daha xatırladıram ki, bütün hərəkətlər Avropa Şurasının standartlarına ciddi şəkildə uyğun olmalıdır".

AŞPA sədri Ermənistandakı nümayəndəsi ilə söhbət etmək imkanı olduğunu, İrəvanda insan azadlıqlarının pozulması ilə bağlı məlumat aldığını söyləyib və bunun gələcəkdə Ermənistanın AŞPA-da qalıb-qalmayacağına təsir edəcəyini diqqətə çatdırıb.

Xatırladaq, İrəvanın mərkəzi Bağramyan prospektində vətəndaşların oturaq piketi davam edir. Onlar elektrik enerjisi tariflərinin artımına qarşı "Soyğuna Yox", "Talan yox" deyirlər. Etirazçılar vurğulayırlar ki, iyunun 19-da başlamış aksiya sosial xarakter daşıyır.

Daha əvvəl, iyunun 23-də saat 05:30-da nümayişçilərə su və yanğın maşınlarından, dəyənəklərdən istifadə edərək güc tətbiq edib, xüsusi əməliyyat keçirib. Polis bölmələrinə ümumilikdə 237 insan, o cümlədən jurnalist gətirilib. Onlardan 25 nəfəri tibbi yardıma görə müraciət edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM