Ermənistan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü oldu

11:53 | 02.01.2015
Ermənistan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü oldu

Ermənistan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü oldu

Bu gündən Ermənistan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü olur.


ANN.Az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, Ermənistanın Rusiya, Belorus və Qazaxıstanın üzv olduğu quruma daxil olması haqqında saziş hələ 2014-cü ilin oktyabrından imzalanıb və yanvarın 2-dən qüvvəyə minib.

Ancaq Ermənistan ittifaqın tamhüquqlu üzvü olsa da, Aİİ-nin icraiyyə orqanlarında tam nümayəndəliklə təmsil olunmayacaq, ixtisar olunmuş heyətlə iştirak edəcək. 2015-ci ilin sonunda Avrasiya İqtisadi Komissiyasının artıq təyin olunmuş üzvlərinin səlahiyyəti başa çatacaq, o zaman Ermənistan da tam təmsilçilik hüququ qazanacaq.

Aİİ-yə daxil olan əmtəələrdən alınan gömrük rüsumlarından Ermənistanın payı 1,13 faiz olacaq. Eyni zamanda Belorusun payı 4,7-dən 4,65 qədər ixtisar olunacaq. Qazaxıstanın payı 7,3-dən 7,25-ə qədər azalacaq, Rusiyanın 88 faizlik payı isə 86, 97-yə enəcək.


ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti