Ermənistan Avropa İttifaqına girmək niyyətində deyil

15:12 | 27.03.2024
Ermənistan Avropa İttifaqına girmək niyyətində deyil

Ermənistan Avropa İttifaqına girmək niyyətində deyil

Rusiya sərhədçilərinin Yerevanın Zvartnots hava limanından çıxarılması məsələsi həll olunub, İrəvan və Moskva bu məsələni müzakirə etmir. Bunu  Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Ermənistan KİV-də yayılan xəbərə görə Simonyan həmçinin  Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasını müzakirə etmədiklərini də deyib. .

Simonyan əlavə edib ki, Ermənistan hazırda Avropa İttifaqına daxil olmaq üçün müraciət məsələsini müzakirə etmir.

Fevralın 27-də o, Rusiya sərhədçilərinin  Zvartnots hava limanından çıxarılmasını düzgün saydığını bildirmişdi.  

Onun fikrincə, rus sərhədçiləri Ermənistanı "qorumadılar, lakin sərhədləri daha həssas etmək üçün hər şeyi etdilər”. O əlavə edib ki, FSB zabitləri "erməni xalqını Dağlıq Qarabağdan çıxarıb” və bir gün sonra "hamını Zvartnotsdan çıxaracaqlar”.

Fevralın 22-də Ermənistanın "Faktor” nəşri mənbəyə istinadən Rusiya sərhədçilərinin Yerevan Zvartnots beynəlxalq hava limanından çıxarılacağını yazıb.
 
Bunun yaxın vaxtlarda baş verəcəyi bildirilir. Rusiya sərhədçilərinin Zvartnotsda yerləşdirilməsi hökumətlərarası sazişlə deyil, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya FSB-nin imzaladığı sənədlə tənzimlənir.

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb