Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki atışmayla bağlı bəyanatla çıxış edib. “Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, bəyanatda erməni tərəfi atəşin Azərbaycan tərəfindən başladılmasını iddia edib və ölkəni atışmanı dayandırmağa çağırıb:“Qarabağ mövqeyindəki döyüşlərdə artilleriya-qranatamot, minamot, zenit qurğuları, termobarik qumbaralardan istifadə olunur. Ermənistan Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycanın bu hərəkətləri ATƏT-in Minsk qrupunun danışıqları ilə heç bir halda üst-üstə düşmür və real təhlükə ilə nəticələnə bilər. Tərəflərin itkiləri günü-gündən artır”.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !