Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı itkin düşənlərin son statistikası

15:47 | 08.08.2014
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı itkin düşənlərin son statistikası

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı itkin düşənlərin son statistikası

 Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı itkin düşənlərin son statistikası açıqlanıb.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqov “AzərTAc”-a müsahibəsində bildirib ki, 2014-cü il avqustun 1-nə olan məlumata görə, 4015 nəfər itkin düşmüş, 1409 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib. İtkin düşmüş 4015 nəfərdən 877 nəfərinin, o cümlədən 27 uşaq, 99 qadın və 133 qocanın əsir-girov götürülməsi, bu və ya digər səbəbdən işğal zamanı evlərini tərk edə bilməməsi barədə toplanmış materiallar müvafiq beynəlxalq təşkilatlara göndərilib. Qeyd olunub ki, erməni əsir-girovluğundan azad edilmiş vətəndaşlarımızın şahid ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilib, onların ilkin saxlanma yerləri və digər faktlar dəqiqləşdirilib. Əsaslı dəlil-sübutlara baxmayaraq, Ermənistanın aidiyyəti qurumları bu şəxslərin əsir və girov götürülməsi faktını hələ də inkar edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM