Ermənistan Azərbaycana 10 nəfərin meyit qalıqlarını verib

10:44 | 05.12.2022
Ermənistan Azərbaycana 10 nəfərin meyit qalıqlarını verib

Ermənistan Azərbaycana 10 nəfərin meyit qalıqlarını verib

Ermənistan Azərbaycana Birinci Qarabağ müharibəsində həlak olmuş 10 nəfərə aid qalıqları təhvil verib.  "Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
 
Ermənistan tərəfi həmçinin Azərbaycana 2 xəritə təqdim edib.
 
Sözügedən xəritələrdə həlak olmuş daha 4 şəxsin harada dəfn olunduğu barədə məlumatların yer aldığı bildirilib.
 
Azərbaycanın rəsmi qurumları bununla bağlı hələlik məlumat yaymayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb