Ermənistan Azərbaycana göndərdiyi sülh təkliflərinə cavab alıb - Mirzoyan

16:57 | 07.02.2023
Ermənistan Azərbaycana göndərdiyi sülh təkliflərinə cavab alıb - Mirzoyan

Ermənistan Azərbaycana göndərdiyi sülh təkliflərinə cavab alıb - Mirzoyan

Ermənistan ötən ilin sonunda Azərbaycana göndərilən sülh müqaviləsi təkliflərinə Bakıdan cavab alıb, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.  

"Biz Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərimizi göndərmişik. Bir neçə gün əvvəl Azərbaycandan növbəti reaksiya və təkliflər almışıq.Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər Biz mətn üzərində işləməyə davam edirik ", - Mirzoyan çərşənbə axşamı Berlində Almaniyanın xarici işlər naziri Annalena Burbok ilə birgə mətbuat konfransında bildirib.

Ermənistan XİN rəhbəri qeyd edib ki, sülh müqaviləsi üzərində iş davam etdirilməlidir və bu, çox vacibdir.

Ermənistan və Azərbaycan liderləri artıq sülh müqaviləsi üzrə danışıqların iki raundu keçiriblər, görüşlər oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb