Ermənistan Azərbaycana minalanmış bəzi ərazilərin formulyarlarını verib

10:16 | 12.02.2024
Ermənistan Azərbaycana minalanmış bəzi ərazilərin formulyarlarını verib

Ermənistan Azərbaycana minalanmış bəzi ərazilərin formulyarlarını verib

Ermənistan Azərbaycana azad olunmuş ərazilərdə mianalanmış sahələrlə dair 8 ədəd formulyarı verib, lakin formulyarlar qeyri-dəqiqdir. Bu barədə ANAMA-dan bildirilib. 
 
Təqdim olunan formulyarlar Kəlbəcərin Murovdağ ərazisini əhatə edir. 
 
"Normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib. Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib", - ANAMA-nın məlumatında deyilir. 

Bundan əvvəl Ermənistan Təhlükəsizlik Xidməti açıqlama yayaraq bildirib ki, Ermənistan yaxın günlərdə Azərbaycana 8 yeni mina xəritəsi təhvil verəcək.
 
Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın təqdim etdiyi mina xəritələrin yararsız və natamamlığı qeyd edib. 
 
Hazırda Azərbaycan minalardan əziyyət çəkən ilk 10 ölkə siyahısında yer alır. 
 
2023-cü il martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatı zamanı çıxış edərkən  bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub.
 
Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM