Rəsmi İrəvan aprelin 7-8-də Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargahlar rəisləri Komitəsinin iclasında Ermənistanı təmsil edəcək vəzifəli şəxsin adını dəqiqləşdirib.
APA-nın «Armenia Today» saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, Azərbaycanda keçiriləcək Komitənin toplantısında Ermənistanı Silahlı Qüvvələrin Moskvadakı nümayəndəsi təmsil edəcək.Qeyd edək ki, bundan öncə tədbirdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Yuri Xaçaturovun iştirak edəcəyi bildilirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !