ANN.Az Publika.az-a istinadən xəbər verir ki, bu proqnozla rusiyalı politoloq Andrey Petrov çıxış edib.
Onun sözlərinə görə, bu, iyun ayında Azərbaycan I Avropa Yay Oyunlarını keçirməsi ilə bağlıdır və İrəvan həmin ərəfədə fəallaşmağa cəhdlər edəcək.
A. Petrov qeyd edib ki, təmas xəttində baş verən gərginliyə ümumi fonda baxmaq lazımdır: "İndiki məqamda tərəflər bir-birini ittiham edir. Lakin əsas sual belədir: Dağlıq Qarabağda müharibə kimə lazımdır? Bu, rəsmi Bakı üçün əlverişlidirmi? 2015-ci ilə nəzər salanda cavab "xeyir”dir. Çünki Azərbaycan bu il I Avropa Yay Oyunlarına hazırlaşır. Rusiyada Soçi Qış Olimpiya oyunları nə qədər əhəmiyyətli idisə, bu da Azərbaycan üçün önəmlidir”.
A. Petrov münaqişənin qızışmasında məhz Ermənistan hakimiyyətinin maraqlı olduğunu düşünür. Onun sözlərinə görə, rəsmi İrəvan münaqişədən həmişə sadə ermənilərin birləşməsi və özünə qarşı loyallığı təmin etmək üçün istifadə edib: "Ölkə daxilində hazırki situasiya fonunda belə bir ssenari İrəvana sərf edir. Lakin burda digər amillər də var. Ermənistan faktiki olaraq sosial və iqtisadi göstəricilərə görə Azərbaycandan geri qalır. İrəvana münaqişə həm də iqtisadi məğlubiyyəti ört-basdır etmək üçün lazımdır. Digər tərəfdən, "erməni soyqırımı”nın 100 illiyi və I Avropa Yay Oyunları təxribatlar üçün əlverişli məqamdır”.
A. Petrovun fikrincə, Ermənistan Azərbaycandan qisas almağa çalışacaq. "Belə bir şəraitdə beynəlxalq vasitəçilərin səyləri olduqca vacibdir”, - deyə rusiyalı politoloq bildirib
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !