Ermənistan Azərbaycandan sülh sazişinin yeni variantını alıb - Paşinyan

13:57 | 14.03.2023
Ermənistan Azərbaycandan sülh sazişinin yeni variantını alıb - Paşinyan

Ermənistan Azərbaycandan sülh sazişinin yeni variantını alıb - Paşinyan

Ermənistan bir neçə gün əvvəl Azərbaycandan sülh sazişinin başqa variantını alıb və məsələdə müəyyən irəliləyiş var. Bu barədə çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.


"Fevral ayında biz sülh sazişi layihəsinin variantını Bakıya göndərdik. İki-üç gün əvvəl Azərbaycandan başqa bir versiya aldıq. Deyə bilərəm ki, müəyyən irəliləyiş var. Amma irəli getdikcə, fundamental problemlər ortaya çıxır", - Paşinyan deyib.


Baş nazir onu da əlavə edib ki, Azərbaycan sülh sazişi layihəsində Ermənistanın qırmızı xətti tələblərini keçəcək iddialar var. 
 
"Azərbaycan Ermənistana qarşı ərazi tələbləri və ya arzularını formalaşdırmağa çalışır ki, bu da bizim üçün qırmızı xəttdir. Ermənistan-Azərbaycan sərhədində və Qarabağda hərbi eskalasiya ehtimalı çox yüksəkdir. Bəli, indi həm Ermənistan sərhədində, həm də Qarabağda eskalasiya ehtimalı çox yüksəkdir. Beynəlxalq ictimaiyyət bəyan etməlidir ki, indi vəziyyətin gərginləşməsi ehtimalı yüksəkdir", - Nikol vurğulayıb. 


Martın 6-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şərhində bildirib ki, Rusiya Dağlıq Qarabağda gərginliyin artmasından ciddi narahatdır və tərəfləri təmkinli olmağa çağırıb, çünki əvvəlki günlərdə atəşkəs rejiminin pozulması halları dəfələrlə qeydə alınıb. Martın 5-də baş vermiş insident nəticəsində atışma zamanı həm ermənilər, həm də azərbaycanlılar həlak olub.

2023-cü ilin fevralın 16-da Paşinyan Ermənistanın Azərbaycanla sülh sazişi layihəsi üzərində işi başa çatdırdığını və onu Bakıya, eləcə də ATƏT-in Minsk Qrupu ölkələrinə göndərdiyini bəyan edib.

Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev sonuncu dəfə fevralın 18-də ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüblər.
 
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsinin bəzi bəndləri üzrə konsensus əldə ediblər. 
 
Fevralın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda rəsmi səfərdə olub. Səfər zamanı nazir Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla sülh müqaviləsi üzrə danışıqlar aparıb. 
 
Ceyhun Bayramov Ermənistanı sülh danışıqlarından yayındığını bildirib və Ermənistanı bir daha sülh müqaviləsi imzalaması üçün masaya dəvət edib. 
 
Martın 3-də isə Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Yenli Dehlidə səfəri zamanı görüşüb. Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini müzakirə edib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM