Ermənistan Azərbaycanı İsraildən aldığı müasir silah sistemlərini Türkiyəyə verməkdə ittiham edir

12:59 | 10.08.2020
Azərbaycanın apardığı hərbi-texniki siyasəti gözü götürməyən Ermənistan ənənəvi olaraq, hərbi sahədə tərəfdaşlıq etdiyimiz ölkələrlə əməkdaşlığımıza zərbə vurmağa çalışır.



"Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını, habelə illər boyu Azərbaycanla İsrail arasında davam edən və getdikcə daha da genişlənən əməkdaşlığı özünə təhdid kimi qəbul edən Ermənistan ölkəmizin tərəfdaş imicinə ləkə vurmaqla bu əməkdaşlıqları zəiflətmək niyyətindədir. 


 Ermənistanın Azərbaycanla dövlət sərhədində iyul ayında törətdiyi təxribatlar nəticəsində özünün üz-üzə qaldığı problemlərin sayı getdikcə artmaqdadır. İqtisadi cəhətdən zəif, müstəqilliyi formal olan Ermənistan dövləti nəinki hərbi cəhətdən uduzub, həmçinin siyasi arenada daha böyük fiasko ilə üzləşib. 


Silahlı toqquşmalardan dərhal sonra dünyanın bir sıra ölkələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik zəmində olunmuş hücumlar göstərdi ki, indiyədək özlərinin ən güclü saydıqları "erməni diasporu” silahının da "barıtı islanıb”. Ermənilərin illər boyu etdikləri hərəkətlər artıq özlərinin əleyhinə çevrilib. Bunun da bariz nümunəsi kimi, bu ilin iyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatası "Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması" barədə 296 saylı düzəlişi qəbul edib. Bu düzəlişə əsasən, 1991-ci ildən bu yana işğal və itkilərlə bağlı ABŞ Konqresinə müvafiq qurumlar tərəfindən hesabat təqdim olunacaq. Bu, erməni işğalı və soyqırımı aktlarının ABŞ qanunverici orqanında rəsmiləşməsi deməkdir. 


Bunu görən və öz zəifliyini etiraf etmək istəməyən hiyləgər erməni hökuməti ənənəvi olaraq, dedi-qodu, qarayaxma, alçaqlıq və xəyanət metodlarına əl atıb. Məqsəd güc cəhətdən əlçatmaz olan Azərbaycanın etdiyi əməkdaşlıqları, yaxın münasibətləri olduğu ölkələrlə tərəfdaşlıq əlaqələrini zəiflətməkdir. Təbii ki, bu mövzuda ağıllarına ilk gələn dövlətlər Azərbaycanın ən yaxın tərəfdaş olduğu Türkiyə və İsrail gəlib. 


Hətta erməni isterikası o dərəcəyə çatıb ki, Azərbaycanın yüksək vəzifəli hərbçilərinin İsraildən alınan raket sistemlərini Türkiyəyə verdiklərini və bununla da, İsrailin dünya silah bazarında mövqelərinə zərbə dəyəcəyini iddia ediblər. Üstəlik də, bütün əməliyyatlardan Azərbaycan rəhbərliyinin xəbərsiz olduğu deyilir. 


Yəqin erməni tərəfi yaddan çıxarıb ki, Azərbaycanın Türkiyə ilə tərəfdaşlıq etməsinin səbəbi nə silah-sursat, nə də ki iqtisadi maraqlar deyil: iki ölkənin bir-biri ilə əməkdaşlığı qardaşlığa, etibarlılığa, yüksək etimad və səmimiyyətə söykənir. Bu dostluq əlaqələrini pozmaq nəinki hiyləgər ermənilərin, hətta dünyanın istənilən başqa ölkəsinin bacaracağı iş deyil. 


Təəssüf ki, ermənilər sadalanan əlaqələrin, hissiyyatların nə olduğunu bilmirlər. Bu millət tarixən sırf öz maraqları üçün həmişə satqın və alçaq siyasət aparıb ki, bu gün də atdıqları addımlar özlərinə uyğundur. 


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM