Ermənistan Azərbaycanla ATƏT-in fəaliyyətini müzakirə etməyə hazırdır

13:42 | 15.08.2024
Ermənistan Azərbaycanla ATƏT-in fəaliyyətini müzakirə etməyə hazırdır

Ermənistan Azərbaycanla ATƏT-in fəaliyyətini müzakirə etməyə hazırdır

Ermənistan sülh sənədinin bağlanması istiqamətində Azərbaycanla birgə ATƏT-in MİNS qrupunun fəaliyyətinin davam etidrilməsi məsələsinə baxmasına hazır olduğunu bəyan edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib.  

"Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsini münasibətlərin hərtərəfli nizamlanması və ilk növbədə sülh müqaviləsinin bağlanması kontekstində nəzərdən keçirə bilər”, -departament qeyd edib.
 
Bundan əvvəl Azərbaycan Prezidenti bildirib ki, sülh sənədi istiqamətində proseslərin 80-90% yekunlaşıb, sadəcə açıq qalan 2 məsələ var. 
 
 
"Prosesdə iki məsələ açıq qalıb. Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”,- Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
 
Bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində açıq sualların sayı xeyli məhdudlaşıb.

İyunun 20-də Ermənistan Azərbaycanla yaxın bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. 

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlament rəhbərlərini qəbul edərkən deyib ki,  Ermənistan Konstitusiyasını dəyişdirmədən Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması mümkün deyil. 
 
Daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan mətbuata bildirib ki, Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır.  

İyunun  4- də Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi  ilə bağlı təkliflər aldığını deyib.
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib.  

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti