Rubinyan qeyd edib ki, Ermənistan siyasi dialoqun təkmilləşdirilməsi və beynəlxalq münasibətlərdə sabitliyin artırılması, eləcə də bütün maraqlı tərəfdaşların bərabərhüquqlu və konstruktiv əməkdaşlığının tərəfdarıdır.
O bildirib ki, Ermənistan nəinki hazırdır, həm də regional kommunikasiyaların blokunu açmaqla beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlıdır.
Onun sözlərinə görə, şübhəsiz ki, Cənubi Qafqazda iri infrastruktur layihələri region ölkələri və ondan kənar ölkələr üçün birləşdirici amilə çevrilə bilər.
"Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası və açılması iqtisadi münasibətlər sisteminin davamlı regional modelinin formalaşmasına gətirib çıxarmalıdır", - Rubinyan bildirib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !