Səfərin əsasını enerji sahəsindəki iqtisadi əməkdaşlıq məsələləri təşkil edir.Ermənistan baş naziri Hovik Abrahamyan İrana rəsmi səfər edib.ANN.Az xəbər verir ki, bir çox nazirin da olduğu heyətlə Tehrana gələn Abrahamyanı prezidentin birinci müavini İshaq Cahangir rəsmi mərasimlə qarşılayıb. İshaq Cahangirin dəvəti ilə Tehranda rəsmi səfərdə olan Abrahamyanla bərabər Ermənistan mədəniyyət, ətraf mühit və enerji nazirləri da İrandadırlar.Səfər proqramına baş nazirin prezidenti Həsən Ruhani ilə görüşü də daxil edilib. Bundan əlavə baş nazir İran parlamentinin rəhbəri Əli Laricani ilə də görüşəcək.Görüşlərdə "İki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi, xüsusilə uzun müddət danışıqları davam etdirilən enerji sahələrindəki əməkdaşlıq mövzusunda" razılaşmaların imzalanacağı bildirilir.Son olaraq Ermənistan xarici işlər naziri Eduard Nalbandyan bu ilin may ayında Tehranda rəsmi səfərdə olmuş, İranlı həmkarı Muhamed Cavad Zərif ilə bir araya gəlmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !