Ermənistan Bərdəyə raket atması nəticəsində ölən və yaralıların sayı açıqlandı - YENİLƏNİB

17:38 | 27.10.2020
Ermənistan Bərdəyə raket atması nəticəsində ölən və yaralıların sayı açıqlandı - YENİLƏNİB

Ermənistan Bərdəyə raket atması nəticəsində ölən və yaralıların sayı açıqlandı - YENİLƏNİB

Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində mülki şəxslərin ölməsi ilə yanaşı, bir neçə kənd sakini də ağır yaralanıb.

Bu barədə Anews.az-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlərin sayı 4 nəfərdir, 10 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onların arasında azyaşlılar da var.

 
 
------------------
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutur.

Anews.az-ın məlumatına görə, düşmən Bərdə istiqamətinə 3 raket zərbəsi endirib.

Onlardan ikisi zərərsizləşdirilsə də, biri rayonun Qarayusifli kəndinə düşüb. Nəticədə 1 mülki vətəndaşımız həlak olub, yaralılar var.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM