Ermənistan bu gün yenə qarışacaq

09:40 | 27.07.2015
Ermənistan bu gün yenə qarışacaq

Ermənistan bu gün yenə qarışacaq

Ermənistanda elektrik tariflərinin yüksəldilməsinə qarşı çıxan fəalların bu gün yenidən paytaxt İrəvanda toplaşacağı gözlənilir.

ANS PRESS-in məlumatına görə, yeni etiraz aksiyası yerli vaxtla axşam saat 18:00-a planlaşdırılıb.

"Qalx, Ermənistan” Vətəndaş Hərəkatı Şurası bu barədə açıqlama verib. Şura tərəfdaşlarını aksiya meydanlarında gözlədiklərini bildirib.

Ermənistan elektrik şəbəkəsinin elektrik enerjisi tariflərini yüksəltməsi iyun ayının 19-undan etibarən etirazların baş qaldırlmasına səbəb olub.

"Qalx, Ermənistan" hərəkatı avqustun 1-dək qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.

İrəvanın Azadlıq meydanında iyunun 19-da başlanan oturaq "Talana yox” aksiyasının əsas tələbi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etmək olub. İyunun 22-i saat 19-da aksiya prezident iqamətgahının qarşısına keçirilmişdi. Ertəsi günü səhər erməni polisi prezident iqamətgahının qarşısında oturaq mitinqi güc yolu ilə dağıdılıb. Etirazçılara qarşı su şırnağı tətbiq edilib, onları döyüblər və paltarlarını soyundurublar. Nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb. Amma buna baxmayaraq həmin gün axşam saat 22:30-da nümayişçilər yenidən yerlərini tutublar. 

Ermənistan Tarif Şurası iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM