Ermənistan noyabrda Bakıda keçiriləcək COP29 beynəxalq konfrasında iştirakını müzakirə edir. Bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
"Ermənistanın Bakıda keçiriləcək COP-29 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar yoxdur, biz bunun Ermənistana nə gətirəcəyini müzakirə etməliyik”, - o bildirib.
Bundan əvvəl COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, Rəsmi Bakı inanır ki, Ermənistan COP29 konfrasında iştirak etmək üçün öz nümayəndə heyəti ilə ilə Azərbaycana gələcək.
Noyabrın 11-22-də Bakıda COP-29 keçiriləcək. Azərbaycan Ermənistanı da bu tədbirdə iştiraka dəvət edib. Nikol Paşinyan təklifin gəldiyi vaxt məzuniyyətdə olduğunu əsas gətirərək Azərbaycana rəsmi cavab verməmişdi.
Ekspertlər Ermənistanın bu tədbirdə xarici işlər naziri səviyyəsində təmsil olunacağını proqnozlaşdırır. Ermənistan xarici işlər naziri bu dəvəti qəbul edərsə son 30 il ərzində bu Ermənistan XİN rəhbərinin Bakıya ilk səfəri olacaq.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !