Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusu şəhid olub

18:05 | 30.09.2023
Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusu şəhid olub

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusu şəhid olub


Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş nəticəsində  hərbi qulluqçu Orucov Vüsal Xeybalı oğlu şəhid olub.Azərbaycan  bölmələri tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM