Ermənistan hökuməti etirazçıların tələbinə "yox" dedi

17:45 | 25.06.2015
Ermənistan hökuməti etirazçıların tələbinə

Ermənistan hökuməti etirazçıların tələbinə "yox" dedi

"Elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı qərar ləğv edilə bilməz".

Trend-in erməni mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu jurnalistlərə Ermənistanın energetika və təbii ehtiyatlar naziri Ervand Zaxaryan deyib.

Nazir deyib ki, qərarın hansı mexanizmlər vasitəsilə ləğv edilə biləcəyi ona məlum deyil: "Qərarın ləğv olunması - hərçənd belə bir ehtimala inanmıram - o deməkdir ki, bütün itkiləri kompensasiya etmək üçün vəsait var. Bu gün hökumətin belə bir vəsaiti yoxdur”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM