Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi cəbhə xəttində ötən günkü gərginliklə bağlı məlumat yayıb.
Axar.az xəbər verir ki, qondarma respublikanın Müdafiə Nazirliyinin saytında guya Azərbaycan ordusunun diversiya qrupunun hücuma keçdiyi, ermənilər tərəfindən qarşısı alındığı və diversiya qrupumuzdan ələ keçirilən silahlarla bağlı məlumat yayılıb.
Sayt ələ keçirilən silahların fotolarını da təqdim edib.
Qeyd edək ki, fotolarda göstərilən silah və sursatlar Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yoxdur. Bundan başqa ermənilərin “təsdiq etdiyi” diversiya qrupu heç vaxt ağır atıcı silahlarla kəşfiyyata getmir.
Ermənilərin yaydıqları bu məlumat göstərir ki, onlar artıq Azərbaycanla informasiya müharibəsinə başlayıblar. Silahların fotosunun yayılması ilə Azərbaycan ordusunun təcavüzkar olduğunu dünyaya təqdim etmək niyyəti daşıyır.
Qeyd edək ki, bu informasiya ermənilərin iki itki verdiyi 31 iyul atışması ilə bağlıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !